Londonda etirazların 20-dən çox iştirakçısı saxlanılıb

Londonda etirazların 20-dən çox iştirakçısı saxlanılıb

İngiltərənin paytaxtı Londonda "korrupsiyaya uğramış KİV-ə" qarşı etiraz aksiyalarının gedişatında iyirmi üç nəfər saxlanılıb.
 
“Report” xarici mətbuata istinadən xəbər verir ki, təbiəti mühafizə “Extinction Rebellion” ("Nəslin kəsilməsinə qarşı üsyan") hərəkatının fəalları, Britaniya nəşrlərinin redaksiya siyasətindən narazılar “Daily Mail” portalının aid olduğu “Daily Mail and General Trust” ofisində yeddi ton gübrə boşaldıblar.
 
Etirazçılar həmçinin “The Daily Telegraph” qəzetinin binasında oxşar aksiya keçirməyə çalışıblar, ancaq asayiş keşikçilərinin əməkdaşları tərəfindən dayandırılıblar. Bundan əlavə, bəzi fəallar "The Sun", "The Times" və "The Sunday Times" qəzetlərinin daxil olduğu "News Corp" beynəlxalq media holdinqinə məxsus ofisin divarına sprey boya səpdiyinə görə tutulublar.
 
Etirazçıların sözlərinə görə, aksiyanın məqsədi maddi qazanc baxımından həqiqətin ortaya çıxmasına imkan verməyən media korrupsiyasına diqqət çəkmək olub.
 

Google+ WhatsApp ok.ru