Məşhur futbolçu karyerasını başa vurub

Məşhur futbolçu karyerasını başa vurub

İrlandiya millisinin sabiq futbolçusu Robbi Kin karyerasını başa vurub.
 
“Report” BBC-yə istinadən xəbər verir ki, 38 yaşlı hücumçu İrlandiya yığmasının baş məşqçisi Mik Makkartinin köməkçisi təyin olunub.
 
Qeyd edək ki, Kin millidə 1998-ci ildə debüt edib. O, bu müddətdə keçirdiyi 145 matçda 68 qol vurub. Veteran forvard karyerası ərzində İngiltərənin “Lids”, “Tottenhem”, “Liverpul”, İtaliyanın “Milan”, ABŞ-ın “Los-Anceles Qelaksi” kimi klubların formasını geyinib. Onun son iş yeri Hindistan “Atletiko”su olub.
 

Google+ WhatsApp ok.ru