Müasir qul əməyi

Müasir qul əməyi

"Bizim Yol" qəzetində isə "Tikinti sektorunda qul əməyi" sərlövhəli məqalə diqqəti çəkir.
 
Yazıda Dövlət Statistika Komitəsinə istinadən bildirilir ki, 2017-ci il yanvarın 1-nə olan məlumata görə, ölkənin tikinti sektorunda 95.2 min nəfər çalışır. Bu işçilərin 27 faizi dövlətin. 73 faizi isə qeyri-dövlət müəssisələrinin payına düşür.
 
Müəllif yazır ki, ölkədə milli valyutanın dəyərdən düşməsi ilə, bir çox sahələr kimi, tikinti sektoruna da ciddi zərbə dəyib: "Neftin qiymətinin aşağı düşməsindən sonra ölkədə bir zamanlar müşahidə olunan tikinti bumu getdikcə zəiflədi və nəticədə bu sahədə çalışan on minlərlə insan işsiz qaldı".
 
Müəllifə görə, tikinti sektorunun tənəzzülə uğramasının bir səbəbi də bu sahədə iş adamlarına yaradılan süni əngəllər oldu.
 
Müəllif vurğulayır ki, son zamanlar Bakıda tikinti sektorunda yenidən müəyyən canlanma müşahidə olunur. Artıq sosial evlərin tikintisinə start verilib.
 
Yazıda qeyd edilir ki, bu sahədə əmək haqları isə heç də ürəkaçan deyil. İnsanlar iş tapa bilmədiklərindən, indi daha az maaşla işləməyə hazır olduqlarını bildirirlər. İşə götürənlər isə bundan istifadə edir: "Ustalar 500 manata yaxın, fəhlələr isə 400 manata civarında maaş alırlar".
 
Müəllif hesab edir ki, hazırda görülən tikinti işləri lokal xarakter daşıyır. Tikinti sektorunda əvvəlki kimi canlanmanın yaşanması mümkün deyil: "Birincisi, ölkənin gəlirləri buna imkan vermir. Dövlətin büdcəsi əvvəlki illərlə müqayisədə, dollarla götürsək, 2 dəfə azalıb. Bu azalma yenə də davam edəcək. Üstəlik, əhalinin alıcılıq qabiliyyəti aşağı düşüb". /

Google+ WhatsApp ok.ru