Mirvari Qəhrəmanlı: “bp-də ixtisarlar vaxtı diskriminasiya hallarının olub-olmamasını araşdırırıq”

"bp-Azərbaycan" şirkətində kütləvi ixtisarlar aparılıb. İxtisarlar nəticəsindən "BP-Azərbaycan"da çalışan 105 yerli və 150 xarici işçi işdən çıxarılıb. İxtisarlar Azərbaycanın müvafiq qanunvericiliyinə, o cümlədən "bp-Azərbaycan"ın "Davranış Kodeksi"nə uyğun şəkildə aparılıb.
 
Neftçilərin Hüquqlarının Müdafiəsi Mərkəzinin rəhbəri Mirvari Qəhrəmanlının Deyerler.org-a verdiyi məlumata görə, bu ixtisarlarla bağlı hələ ki, şikayətlər daxil olmayıb: “Biz ilk növbədə ixtisarların aparmaq qaydasını nəzarətdə saxlayırıq. Hələ ki, şikayətlər daxil olmayıb. Əgər orada bir problem olarsa, biz onları müdafiə edəcəyik. Əgər xarici işçilərin də əmək hüquqları pozularsa, biz onların da hüquqlarını məhkəmədə müdafiə edəcəyik. Onlar yaşadıqları yerin qanunlarına uyğun şəkildə işdən azad olmalıdır. Bizdə narahatedici bir amil var. Hələ ki, ona baxış keçirdirik. Bu ixtisarlar arasında xaricilər ilə yerli camaat arasında fərq olub-olmadığını dəqiqləşdiririk. Yaxud xaricilərə tətbiq olunan ixtisarlar hansı qanunlar əsasında olacaq. Biz işçilərin ixtisar vaxtı hallarının olub-olmamasını araşdırırıq. Biz bilirik ki, şirkətlərdə xarici və yerli işçilər arasında diskriminasiya halları var. Bu daha çox əmək haqlarında özünü göstərir. Əgər bu məlumatı öyrənə bilməsək rəsmi müraciət edəcəyik”.
 
İxtisarlarların davam edəcəyini deyən hüquq müdafiəçisi qeyd edib ki, bu ixtisarlar tək neftin qiymətinin düşməsi ilə əlaqədar deyil: “Bu tendensiyanın davam etmə səbəbi kimi hamı neftin qiymətinin aşağı düşməsini göstərir. Amma burada əsas məsələ neftin hasilatının aşağı düşməsidir. Bu ixtisarlara əsas səbəb bu amildir. Düşünürəm ki, bu ixtisarlar 2016-cı ildə də daimi olacaq.”/

Google+ WhatsApp ok.ru