Sabahdan Azərbaycanda yağıntılar kəsiləcək

Yanvarın son günlərində Azərbaycanda hava şəraitində kəskin dəyişikliyin olacağı gözlənilmir
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, yanvarın 29-da Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı gözlənilir. 
 
Gündüz hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Cənub-qərb küləyi günün ikinci yarısında mülayim şimal küləyi ilə əvəz olunacaq.
 
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 1-4, gündüz 7-11 dərəcə isti olacaq.
 
Azərbaycanın bölgələrində havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir. Gündüz hava əksər rayonlarda əsasən yağmursuz olacaq. Qərb küləyi əsəcək, arabir dağlıq ərazilərdə arabir güclənəcək.
 
Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 4 dərəcəyə kimi isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı proqnozlaşdırılır. /

Google+ WhatsApp ok.ru