Pirşağıda niyə qaz yoxdur?

Sabunçu rayonu Pirşağı yeni yaşayış massivində yaşayan qaçqınlar qazsızlıqdan şikayətçidirlər.
 
Sakinlər adından müraciət edən Rizvan Piriyev bildirib ki, keçən ilə qədər massivdə daimi qaz olub: " Amma iki ildir ki, biz qazsız qalmışıq. Gün ərzində yarım saat qaz olur. Ərazi dəniz kənarına yaxın olduğu gün biz sentyabrdan istilik istifadə etməli oluruq. Aidiyyatı qurumlara neçə dəfə müraciət etsək də, nəticəsi olmayıb. Bir dəfə sakinlər yolu kəsdi, həmin gün qazı verdilər, sonra yenə yoxa çıxdı".
 
"Azəriqaz" Mətbuat Xidmətinin rəhbəri İbrahim Kərbalayev "Qafqazinfo"ya açıqlamasında bildirib ki, mövsümlə əlaqədar qaz təchizatının yaxşılaşdırılması məqsədilə Sabunçu və ona yaxın ərazilərdə ötən gün qazın verilişi dayandırılmışdı:
 
"İşlər bitdikdən sonra, axşam qazın verilişi bərpa edillib. Həmin əraziyə də təlabata uyğun qaz verilir. Heç bir problem yoxdur".

Google+ WhatsApp ok.ru