Prokurorluq: Ermənistan ordusu Mingəçevir Su Elektrik Stansiyasını hədəfə alıb - FOTO 11 Oktyabr 2020 08:46 Qarabağ xəbərləri İşğalçı Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, habelə 10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini və strateji obyektləri ağır artilleriyadan atəşə tutmağa davam edir. Respublika Baş Prokurorluğundan APA-ya verilən məlumata görə, düşmənin silahlı qüvvələri 11.10.2020-ci il tarixdə gecə saat 04 radələrində Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan Mingəçevir Su Elektrik Stansiyasını hədəfə almaqla cəbhə zonasından 100 km-dən artıq uzaqlıqda yerləşən, iri sənaye şəhəri Mingəçevirə raketlər atıb. Raketlər Ordumuzun Hava Hücumundan Müdafiə (HHM) qüvvələri tərəfindən zərərsizləşdirilib. Teqlər : #Prokurorluq:,#Ermənistan,#ordusu,#Mingəçevir,#Elektrik,#Stansiyasını,#hədəfə,#alıb,#FOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Gəncənin raket atəşinə tutulması nəticəsində ölənlərin sayı 9 nəfərə çatdı - FOTO/YENİLƏNİB3 Hikmət Hacıyev: İranın yardımlarını unutmayacayıq! (VİDEO)
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni