Gəncənin raket atəşinə tutulması nəticəsində ölənlərin sayı 9 nəfərə çatdı - FOTO/YENİLƏNİB3

Gəncənin raket atəşinə tutulması nəticəsində ölənlərin sayı 9 nəfərə çatdı - FOTO/YENİLƏNİB3

( Baş Prokurorluğun açıqlaması əlavə olunub)

 

12:40

Gəncənin raket atəşinə tutulması nəticəsində şəhid olanların sayı 9 nəfərə çatdı.
 
Maide.Az xəbər verir ki, bu barədə  Baş Prokurorluq yayımladığı açıqlamada bildirib.
 
Ermənistan silahlı qüvvələrinin 11.10.2020-ci il tarixdə gecə saat 02 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çox mənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 4-ü qadın olmaqla, 9 nəfər şəhid olub, 16 qadın, 6 azyaşlı olmaqla, 34 nəfər yaralanıb, həmçinin 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektlərə ziyan dəyib.
 
 
***
 
Gecə yarısı Gəncə şəhəri Ermənistanın raket hücumuna məruz qalıb. 3 yaşayış binası dağıdılıb.
 
Maide.Az xəbər verir ki, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev Tvitter-də yazıb.
 
O qeyd edib ki, indiyə olan məlumata görə, qadınlar da daxil olmaqla 7 + mülki şəxs öldürülüb: "33 mülki uşaq ağır yaralanıb. Ermənistan azərbaycanlı mülki insanlara hücum etmək üçün humanitar atəşkəsin arxasında gizlənir".
 
****
 
Humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan ordusu 11 oktyabr 2020-ci il tarixində gecə saat 2.00 radələrində  Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni raket atəşinə tutub.
 
Nəticədə, yaşayış binasına düşən raket binanı tamamilə dağıdıb, bina sakinləri dağıntılar altında qalıb.
 
Fövqəladə Hallar Nazirliyindən (FHN)  verilən məlumata görə, dərhal əraziyə cəlb olunmuş Nazirliyin müvafiq qüvvələri tərəfindən, ilkin məlumata əsasən, dağıntılar altından xəsarət almış 17 nəfər və 5 nəfərin cəsədi çıxarılıb.
 
Əməliyyat davam edir. Əlavə məlumat veriləcək.
 
***

Humanitar atəşkəs rejiminin tətbiq edilməsinə baxmayaraq, Ermənistan silahlı qüvvələri  Gəncə şəhərində yaşayış binasını raket atəşinə tutublar.  

Azərbaycanın Müdafiə nazirliyinin yaydığı son məlumata görə, gəncə şəhəri Ermənistanın Berd rayonu ərazisindən atəşə tutulub.

APA -nın yerli bürosunun məlumatına görə, ilkin məlumata görə, hücum nəticəsində 4 nəfər ölüb, 40 nəfərdən artıq yaralı var.

Yaralılar arasında azyaşlılar da var. 

 

 

Google+ WhatsApp ok.ru