İspaniyalı hücumçu `Neftçi`də

İspaniyalı hücumçu `Neftçi`də

“Neftçi” futbol klubu qış transfer dönəmində sonuncu transferini həyata keçirib.
 
Trend-in kluba istinadən verdiyi məlumata görə, ispaniyalı hücumçu Daniel Seqoviya ilə ilyarım müddətinə müqavilə bağlanıb. Sonuncu klubu “Sankt-Pyolten”də (Avstriya) 66 oyunda meydana çıxmış futbolçu 29 qola imza atıb.
 
31 yaşlı hücumçu bunadək isə İspaniyanın “Rayo Valekano”, “Fuenlabrada”, “Alxesiras”, “Real Saraqosa” B, “Atletiko Pinto”, “Konkense”, “Atletiko Baleares”, Fransanın “Olimpik Marsel” B, Avstriyanın “Admira Vakker” və “Volfsberger” klublarında çıxış edib.
 
D.Seqoviya “Neftçi”də 12 nömrəli formanı geyinəcək.
 

Google+ WhatsApp ok.ru