İstirahət gününə olan hava proqnozu açıqlanıb

İstirahət gününə olan hava proqnozu açıqlanıb

Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz, əsasən, yağmursuz keçəcəyi gözlənilir

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.
 
Maide.İnfo xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə
 
Bakıda və Abşeron yarımadasında
Hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu Abşeronda gecə 21-25° isti, gündüz 28-33° isti, Bakıda gecə 23-25° isti, gündüz 30-32° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-70%, gündüz 40-45 % olacaq.
 
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26°,Türkan,  Hövsan, Sahil, Şıxda 26-27° isti təşkil edəcək.
 
Azərbaycanın rayonlarında
Sabah bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 19-24°, gündüz 30-35° isti, dağlarda gecə 11-16°, gündüz 21-26° isti olacağı gözlənilir. /

Google+ WhatsApp ok.ru