Umayra Tağıyeva: 'Dekabr ayı anomal keçir'

Umayra Tağıyeva: 'Dekabr ayı anomal keçir'

“Bu il dekabr ayı anomal isti keçir. Havanın temperaturu normadan yüksəkdir”.  

Maide.Az xəbər verir ki, bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.  

O bildirib ki, dekabrda ən isti gün ayın 24-də müşahidə olunub: “Həmin gün paytaxtda maksimal temperatur 15.4 dərəcəyə yaxınlaşıb ki, bu da çoxillik normadan 6.2 dərəcə yüksəkdir”.  

U.Tağıyevanın sözlərinə görə, yaxın günlərdə də hava şəraitində mühüm dəyişiklik gözlənilmir: "Normadan yüksək temperatur rejimi yaxın 2-3 gün ərzində də davam edəcək”.

Google+ WhatsApp ok.ru