Vergilər Nazirliyi qeyri-neft sektorundan vergiləri açıqlamır

Vergilər Nazirliyi bu gün dövlət büdcəsinə yığılan vergilər barədə məlumat verib. Məlumat 2 cümlədən ibarətdir.
 
7 ayda Vergilər Nazirliyi büdcəyə 4 mlrd 104 mln təmin edib. Bu, proqnozdan 1,9% çoxdur. Amma Vergilər Nazirliyi ötən ilin eyni dövrü ilə müqayisəli məlumat vermir. Neft ucuzlaşdığı üçün neft gəlirləri xeyli azalıb.
 
İyulda vergi əməkdaşları 757,7 mln manat toplayıb.
 
Ötən aylardan fərqli olaraq nazirlik qeyri-neft-qaz sektorundan vergilər barədə məlumat açıqlamır.
 
Bu il Vergilər Nazirliyinin xətti ilə 7 mlrd 112 mln manat yığılmalıdır. Bu gün Vergilər Nazirliyi vergi borcu olanların siyahısını açıqlayıb. 

Google+ WhatsApp ok.ru