Yüksək bal toplayıb, səhv kodlaşma ilə itirənlər… - Ekspert

Yüksək bal toplayıb, səhv kodlaşma ilə itirənlər… - Ekspert

“Səhv kodlaşdırma” termini yoxdur.  

 
Bu sözləri Axar.az-a açıqlamasında təhsil üzrə ekspert Kamran Əsədov abituriyentlərin ixtisas seçimi mərhələsində üzləşdikləri problemlər haqda danışarkən deyib.  
 
Kamran Əsədovun sözlərinə görə, abituriyentlər əvvəlki illərin keçid ballarını görüb düşünürlər ki, həmin vəziyyət təkrarlanacaq:  
 
“Yüksək bal toplayıb ödənişli əsaslarla oxuyan tələbələrimiz çoxdur. Bunun da səbəbi səhv edilmiş ixtisas seçimi deyil, abituriyentlərin narahatlığıdır. DİM qaydaları tez-tez dəyişir deyə, abituriyentlər əziyyətə çəkilər. Vaxtaşırı çap olunan keçənilki qəbul ballarının kitabçaları gələcəyin tələbələrində çaşqınlıq yaradır”.  
 
Ekspert DİM-ə ixtisas seçimi üçün nəzərdə tutulan sistemdə dəyişiklik etməyi təklif edib:  
 
“Dövlət İmtahan Mərkəzi 15 ixtisas əvəzinə 30-40 ixtisası seçməyə imkan verməlidir. Abituriyent də öz növbəsində, ilk sıralarda istədiyi ixtisasın ödənişsiz əsaslı versiyasını, daha sonra isə ödənişli versiyanı yaza bilər”.
 

Google+ WhatsApp ok.ru