Yunan-Roma güləşi üzrə yığmamız Dünya çempionatında ikinci yeri tutub 05 Avqust 2019 09:01 İdman Bolqarıstanın paytaxtı Sofiyada keçirilən yeniyetmə güləşçilər arasında dünya çempionatına yekun vurulub. Azərbaycan Güləş Federasiyasından verilən məluamta görə, yunan-Roma güləşi üzrə yığmamız mundialda uğurlu çıxış edib. Sofiyaya yollanan 8 güləşçidən 5-i fəxri kürsüyə qalxıb. Nihat Məmmədli (55 kq) və Laçın Vəliyev (92 kq) dünya çempionu olub. Ziya Babaşovla (48 kq) Elmir Əliyev (51 kq) gümüş, Fərid Sadıxlı (45 kq) isə bürünc medal qazanıb. Beləliklə, güləşçilərimizin uğurlu çıxışı nəticəsində millimiz 123 xalla komanda hesabında dünya ikincisi olub. İran 148 xalla birinci, Rusiya isə 99 xalla üçüncü yeri tutub. /Trend Teqlər : #YunanRoma,#güləşi,#üzrə,#yığmamız,#Dünya,#çempionatında,#ikinci,#yeri,#tutub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ‘Qarabağ’ fanatları və polis arasında kütləvi dava İngiltərənin 145 yaşlı futbol klubu dağılır