Şəri-dini suallara cavablar - SUAL 73

Şəri-dini suallara cavablar - SUAL 73

“Ehtiyat namazı necə qılınır?”

Maide.Az 10 mərcəi-təqlidin fətvası əsasında hazırlanmış şəri-dini suallara cavabları əziz oxuculara təqdim edir: 

 

NAMAZIN HÖKMLƏRİ

SUAL 73: “Ehtiyat namazı necə qılınır?”

Bütün mərcəi-təqlidlərin rəyi: Ehtiyat namazının vacib olduğu kəs namazın salamını dedikdən sonra, dərhal niyyət edib (Ehtiyat namazı qılıram qürbətən iləllah) “təkbirətul-ehram” (Əllahu-əkbər) desin və yalnız “Həmd” surəsini oxuduqdan sonra rüku və səcdələri yerinə yetirsin. İkinci səcdədən sonra, əgər ona vacib olmuş ehtiyat namazı bir rükətdirsə, “təşəhhüd” və “salam” deyib namazı bitirsin. Yox, əgər ikirükətli ehtiyat namazı vacib olubsa, ikinci rükəti qılmaq üçün ayağa qalxsın və ikinci rükəti də eynilə birinci rükət kimi qılsın, “təşəhhüd”dən sonra salam deyib namazı sona yetirsin.

Ehtiyat namazında “Həmd”dən sonra surə və qunut deyilmir. Onun niyyətini də dilə gətirmək olmaz və vacib ehtiyata əsasən, “Həmd” surəsi, hətta “Bismillah...” ibarəsi belə astadan deyilməlidir. Həmçinin əsas namazla ehtiyat namazı arasında da namazı batil edən bir iş görülməməlidir, yəni ehtiyat namazı əsas namazdan dərhal sonra qılınmalıdır.

(“Tozihul-məsail”, mərcəi-təqlidlər, məsələ 1215-1216; “Tozihul-məsail”, Ayətullah Vəhid Xorasani, məsələ 1224-1225; “Tozihul-məsail”, Ayətullah Nuri Həmədani, məsələ 1216-1217; Ayətullah Xameneinin dəftərxanasından sorğu.)

 

Google+ WhatsApp ok.ru