Şəri-dini suallara cavablar - SUAL 82

Şəri-dini suallara cavablar - SUAL 82

-- Boynunda bir neçə qüslü olan şəxs onların hamısını niyyət edərək bir qüsl verə bilərmi?

Maide.Az 10 mərcəi-təqlidin fətvası əsasında hazırlanmış şəri-dini suallara cavabları əziz oxuculara təqdim edir: 
 
QÜSLÜN HÖKMLƏRİ
 

SUAL 82: Boynunda bir neçə qüslü olan şəxs onların hamısını niyyət edərək bir qüsl verə bilərmi?

Bütün mərcəi-təqlidlərin rəyi: “Bəli, boynundakı qüsllərin hamısını niyyət edərək bir qüsl verə bilər.” (Başqa sözlə, bir neçə vacib və ya həm vacib, həm də müstəhəb qüsl əvəzində bir qüsl vermək bəs edər. Yəni cənabət, heyz, məssi-meyyit və cümə qüslü niyyəti ilə verilən bir qüsl bütün qüsülləri aradan qaldırır.)

(“Tozihul-məsail”, mərcəi-təqlidlər, məsələ 389; “Tozihul-məsail”, Ayətullah Nuri Həmədani, məsələ 390; “Tozihul-məsail” Ayətullah Vəhid Xorasani, məsələ 395; “Əcvibətul-istiftaat”, Ayətullah Xamenei, sual 187.)

 

 

Google+ WhatsApp ok.ru