Şəri-dini suallara cavablar - SUAL 86

Şəri-dini suallara cavablar - SUAL 86

-- CƏNABƏT QÜSLÜNÜN HÖKMLƏRİ

Maide.Az 10 mərcəi-təqlidin fətvası əsasında hazırlanmış şəri-dini suallara cavabları əziz oxuculara təqdim edir: 
 

CƏNABƏT QÜSLÜNÜN HÖKMLƏRİ

SUAL 86: Sübh yuxudan durarkən “möhtəlim” (yuxuda ikən qüsllənmək) olduğumu anladım. Bir halda ki, heç bir ləzzət hiss etməmişdim. Yenə qüsl vacibdirmi?

Bütün mərcəi-təqlidlərin rəyi (Ayətullah Safidən başqa): “Əgər spermanın əlamətləri, yaxud onun əlamətlərindən biri mövcud deyilsə, yaxud da hiss olunan suyun sperma olub-olmadığında şəkk vardırsa, qüsl vacib olmaz. Amma əgər başqa bir yolla onun sperma olduğuna yəqinlik əldə olunarsa, artıq qüsl vacibdir.”

(“Tozihul-məsail”, mərcəi-təqlidlər, məsələ 346; “Tozihul-məsail”, Ayətullah Vəhid Xorasani, məsələ 352; “Tozihul-məsail”, Ayətullah Nuri Həmədani, məsələ 347; “Əcvibətul-istiftaat”, sual 180.)

Ayətullah Safi: “Əgər spermanın əlamətlərindən heç biri yoxdursa, yaxud da onun sperma olub-olmadığında şəkk vardırsa, qüsl vacib olmaz. Amma əgər başqa bir yolla onun sperma olduğuna yəqinlik əldə olunarsa, artıq qüsl vacibdir.”

(“Tozihul-məsail”, məsələ 352.)

 

Google+ WhatsApp ok.ru