Atəşkəs rejimi Ermənistan tərəfindən kobudcasına pozulur - RƏSMİ - YENİLƏNİB 10 Oktyabr 2020 12:33 Qarabağ xəbərləri Bu gün saat 12.00-da atəşkəs elan olunması barədə razılıq əldə edilməsinə baxmayaraq, Ermənistan ordusu cəbhənin Ağdərə-Tərtər və Füzuli-Cəbrayıl istiqamətlərində hücuma keçməyə cəhd göstərib. Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb. Eyni zamanda bir sıra yaşayış məntəqələrimiz Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə məruz qoyulur. Düşmənin bütün hücum cəhdləri bölmələrimiz tərəfindən uğurla alınıb. Ermənistan ordusuna qarşı adekvat cavab tədbirləri görülür. *** Tərtər və Ağdam rayonlarının ərazisi düşmən tərəfindən atəşə tutulur. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Qeyd edək ki, bu gün saat 12:00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun meyarlarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslərin, həmçinin ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunmuşdu. Teqlər : #Atəşkəs,#rejimi,#Ermənistan,#tərəfindən,#kobudcasına,#pozulur,#RƏSMİ,#YENİLƏNİB, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycan və Ermənistan atəşkəsə razılaşdılar Gəncənin raket atəşinə tutulması nəticəsində ölənlərin sayı 9 nəfərə çatdı - FOTO/YENİLƏNİB3
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni