Deaktiv Sim nömrələrin bərpası pullu oldu 21 İyun 2017 01:00 Ölkə Bu gündən etibarən fakturasız (SimSim) xətt sisteminə aid ləğv edilmiş nömrələrin bərpa əməliyyatı ödənişli olacaq. Xidmət haqqı 1 (bir) AZN təşkil edəcək. Qeyd edək ki, əgər nömrə adınıza rəsmləşdirilibsə, bərpa əməliyyatı üçün 5 AZN nominallı danışıq kartı ilə yaxınlaşmalısınız. Həmin məbləğ balansa yüklənilir. Əgər nömrə digər şəxsin adına rəsmləşdirilibsə, o zaman (050) prefiksli nömrələr üçün 20 AZN, (051) prefİksli nömrələr üçün isə 10 AZN dəyərində danışıq kartı ilə ofislərə müraciət olunmalıdır. Bərpa olunacaq nömrə adınıza rəsmləşdirilir və təqdim etdiyiniz danışıq kartı həmin nömrənin balansına yüklənilir. (trend) / Teqlər : #Deaktiv Sim nömrələrin bərpası pullu oldu , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakı Beynəlxalq Avtovağzalının iş qrafiki dəyişdi Artan işsizlik, azalan istehsal