Fələstinlilərin təqribən 80 faizi Mahmud Abbasın istefasını istəyir 22 Sentyabr 2021 12:24 Fələstin Fələstin Siyasi Araşdırmalar və Statistika Mərkəzininin apardığı sorğunun nəticəsinə görə, fələstinlilərin təqribən 80 faizi Fələstin Administrasiyasının rəhbəri Mahmud Abbasın istefasını istəyir. Maide.Az “samanews”- a istinadla xəbər verir ki, sorğuda iştirak edən fələstinlilərin 78 faiz M.Abbasın istefasını, 19 faizi isə onun öz vəzifəsində qalmasını istəyib. Fələstin Siyasi Araşdırmalar və Statistika Mərkəzi yayımladığı məlumatda bildirib ki, altı ay öncə aparılmış sorğuda fələstinlilərin 68 faizi Mahmud Ababsın istefasını istəyirdi. Qeyd olunub ki, sorğu 15-18 sentyabr 2021-ci ildə Qəzza zolağı və İordan çayının qərb sahili bölgəsində yaşayan fələstinlilər arasında aparılıb. Sorğuda 1270 nəfər iştirak edib. Teqlər : #Fələstinlilərin,#təqribən,#faizi,#Mahmud,#Abbasın,#istefasını,#istəyir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Səbra və Şətila cinayətinin ildönümü: 39 il keçdi ABŞ işğalçı İsrail rejiminin raket sistemləri üçün 1 milyard dollar ayırır
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar