HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib 06 İyul 2021 11:03 Fələstin İslami Müqavimət Hərəkatı (HƏMAS) bəzi müsəlman və ərəb ölkələrinin işğalçı İsrail rejiminin də iştirak etdiyi NATO hərbi təlimlərində iştirakına münasibət bildirib. Maide.Az xəbər verir ki, HƏMAS hərəkatı bəyanat yayaraq ABŞ-ın rəhbərliyi ilə keçirilən bu təlimlərdə bəzi müsəlman və ərəb ölkələrinin iştirakını pisləyib. “İşğalçı İsrail rejimininin də iştirak etdiyi hərbi təlimdə iştirak etmək bu rejimə leqitimlik tanımaqla yanaşı, müqəddəs məkanların yəhudiləşməsi, Fələstin torpaqlarının İsrailə birləşməsi , fələstinlilərin evlərindən çıxarılması və fələstinlilərin kütləvi qırğını üçün işğalçı rejimin planlarını gücləndirir.” Bəyanatda qeyd olunur: “Bu təlimdə iştirak etmək Fələstin xalqını və onların dəyərlərini təhqir etmək anlamındadır. Biz müsəlman və ərəb ölkələrinin təcili bu təlimlərdən çıxmasını və sionist rejimlə hərbi və qeyri – hərbi əməkdaşlıqların baykot olunmasını tələb edirik.” Bəyanatda həmçinin qeyd olunur ki, Fələstin xalqı ümid edir ki, müsəlman və ərəb ölkələri öz qüvvələrini Fələstin xalqına dəstək məqsədi ilə səfərbər edəcək və Fələstini işğaldan azad etmək üçün böyük döyüşə hazırlıq məqsədilə birgə hərbi təlimlər keçirəcəklər. Teqlər : #HƏMAS,#İsrail rejimi,#hərbi təlim , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Fələstinli qaçqınların öz torpaqlarına qayıtmaq hüququndan heç vaxt geri çəkilməyəcəyik Sionizm əleyhinə olan yəhudilər Konqres binası qarşısında aksiya keçirib- FOTO
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar