Pakistan  Senatının Sədri: Heç vaxt işğalçı İsrail rejimini rəsmiyyətə tanımayacağıq

Pakistan Senatının Sədri: Heç vaxt işğalçı İsrail rejimini rəsmiyyətə tanımayacağıq

“Heç vaxt işğalçı İsrail rejimini rəsmiyyətə tanımayacağıq” 
 
Maide.Az xəbər verir ki, bunu Pakistan İslam Respublikası Senatının Sədri Məhəmməd Sadiq Sancrani Ərəb Parlamentinin rəhbəri Adel bin Əbdülrəhman əl-Asumi və onu müşaiyət edən nümayəndə heyəti ilə görüşündə deyib. 
 
“Rəsmi İslam Abad  Fələstin xalqının hüquqlarını müdafiə edir və işğal olunmuş Fələstin ərzilərinin azadlığının tərəfdarıdır. Heç vaxt qəsbkar sionist rejimini  rəsmiyyətə tanımayacaq. Kəşmir müsəlmanları kimi biz Fələstin xalqının da yanındayıq”. 
 
M.Sancrani  deyib ki, Pakistanın xarici siyasəti bölgə ölkələri ilə ictimai və iqtisadi əlaqələrini inkişaf etdirmək və hamıya sülh mesajını çatdırmaqdır. “Biz Fələstin xalqının qanuni tələbləri yəni işğal olunmuş ərazilərin azadlığı və müstəqil dövlətin təsis olunmasını dəstəkləyirik və Fələstinin məzlum xalqının hüquqlarını müdafiə edirik”. 
 
O Fələstin və Kəşmir  məsələsinin dinc yolla BMT TŞ-nin qətnamələrinə uyğun həll olunmasını tələb edib. 
 
Qeyd edək ki,  Ərəb Parlamentinin rəhbəri Adel bin Əbdülrəhman əl-Asumi ötən gün Pakistana səfər edib. Beş günlük səfər zamanı iki tərəfli münasibətlər, regional və beynəlxalq məsələlər haqqında müzakirələr aparacaq. 
 
 

Google+ WhatsApp ok.ru