Sionist rejimlə münasibətləri adiləşdirən altı ərəb ölkəsinin ilk açıq toplantısı BƏƏ-də keçirilib 15 Oktyabr 2021 14:19 Fələstin Sionist rejimlə münasibətləri adiləşdirən altı ərəb ölkəsinin ilk açıq toplantısı BƏƏ-də keçirilib. Maide.az xəbər verir ki, bu barədə sionist rejim mediyası xəbər yayıb. Bildirilir ki, İsrail BƏƏ, Bəhreyn, Misir, İordaniya, Mərakeş və Sudanla birlikdə “N7” adlı toplantıda bir araya gəlib. Qeyd edək ki, toplantının adı işğalçı rejimlə münasibətlərin adiləşdirilməsində iştirak edən ölkələrin sayını göstərir. Toplantı Ekspo sərgisi çərçivəsində baş tutub. Bildirilir ki, bu toplantı üçün 6 ay vaxt sərf olunub. Jeffrey M. Talpins İnstitutu və Atlantik Şurası görüşə ev sahibliyi edib. Atlantik Şurasının Yaxın Şərq Proqramının direktoru William Wechsler, görüşün işğalçı rejimlə münasibətlərin adiləşdirilməsinə necə kömək etməyi hədəflədiyini söyləyib. ABŞ Dövlət Departamentinin yüksək vəzifəli nümayəndəsi də bu addımı alqışlayıb. Qeyd edək ki, müsəlman ölkələri bu günə qədər Fələstin məsələsinə görə işğalçı İsrail rejimi ilə diplomatik əllaqələri kəsmişdi. Dəfələrələ buna cəhd olunsa da ictimai qınaq nəticəsində hər hansı əlaqə bərpa olunmamışdır. Lakin son bir neçə ildə beynəlxalq hegemon qüvvələr o cümlədən ABŞ və bir sıra Avropa ölkələri Fələstin məsələsini siyasi gündəmdən salmaq üçün Fars Körfəzi ölkələri ilə sionist rejimin diplomatik əlaqələrinin adiləşdirilməsinə cəhd edirlər. Bununla da Fələstin məsələsini kənarda saxlamağa çalışırlar. Teqlər : #Sionist,#rejimlə,#münasibətləri,#adiləşdirən,#altı,#ərəb,#ölkəsinin,#ilk,#açıq,#toplantısı,#BƏƏdə,#keçirilib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Tanınmış yazıçı İsrail rejimini belə baykot etdi Sionist rejimin Əqsa məscidinin altındakı qazıntıları tunellərin çökməsinə səbəb ola bilər
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar