Quran dinlə - ticarət əlaqələrini necə qurmalı

`Nisa` surəsi, 29-30-cu ayələr

29. Ey iman gətirənlər, qarşılıqlı razılıq əsasında olan ticarət istisna olmaqla öz aranızda bir-birinizin mallarını haqsız yerə (şəriət və qanuna zidd yollarla) yeməyin. İntihar etməyin, bir-birinizi öldürməyin və özünüzü günah təhlükəsinə atmayın. Həqiqətən, Allah sizə qarşı həmişə mehribandır.

30. Onu (başqasının malını yeməyi və birini öldürməyi Allahın hökmünün) hədd(lərin)i aşmaq və (özünə və ya başqalarına) zülm üçün edən kəsi tezliklə (yandırıcı) oda salacaq və odun istiliyini ona daddıracağıq. Bu, Allaha asandır.

Google+ WhatsApp ok.ru