10 Səud generalından vəliəhdə şok məktub: `Suriyaya girsəniz...` - Foto

Səudiyyə Ərəbistanının 10 generalı Səud krallığının vəliəhdi, şahzadə Məhəmməd bin Naifə məktub göndəriblər
Maide.az xəbər verir ki, İslamazeri.az-ın Ərəb mediasına istinadən verdiyi xəbərə görə, Səudiyyə Qərargahının komandanı olan 10 general Səud krallığının vəliəhdi, şahzadə və ölkənin daxili işlər naziri  Məhəmməd bin Naifə məktub göndəriblər. Onlar Səud ordusunun Suriyaya quru qoşunu yeridəcəyi təqdirdə ölkənin böyük təhlükələrlə üz-üzə qalacağını bildiriblər. Göndərilən məktubda, generallar hərbi mütəxəssislər olaraq dinə, krala və vətənə olan bağlılıqlarına görə, xəbərdarlıq etdiklərini dilə gətiriblər. Yəməndəki əməliyyatlarda yetərli nəticələr əldə olunmadığından,  Suriyaya quru qoşunlarının göndərilməsinin Səudiyyənin milli təhlükəsizliyinə ziyan verəcəyi generallar tərəfindən qeyd olunub. Qeyd edək ki, məktubun əslini "nthnews" portalı yayıb.  /

Google+ WhatsApp ok.ru