10 yaşlı fələstinli fotomüxbir Janna: `Mənim silahım kameramdır`

Fələstinli qız 10 yaşlı Cәnna Cihad Ayyad özünü dünyanın ən gənc fotomüxbiri adlandırır.
 
Deyerler.Org Sputnik-ə istinadən xəbər verir ki, Cәnna Cihad Ayyad sionist İsrail rejiminin işğalı altındakı İordan çayının qərb sahillərində baş verənlərin qeydə alınmasını özünün vəzifəsi olduğuna inandığını bildirir.
 
İordan çayının qərb sahillərindəki Ramallah şəhərinin Nəbi Saleh bölgəsində yaşayan Cәnna Cihad Ayyad əmisioğlu Mustafa Tamimi və dayısı Rüştü Tamimin öldürülməsindən sonra üzləşdiyi və şahid olduğu ədalətsizlikləri qeydə almağa başladığını deyir.
 
Hәmin gündən etibarən ailəsiylə birlikdə getdiyi yerlərdəki nəzarət məntəqələrində sionist İsrail əsgərləri tərəfindən həbs olunan fələstinliləri, etiraz nümayişlərini və fələstinli uşaqların məruz qaldığı zorakılığı qeydə alan Cәnna, bunun üçün anasının iPhone telefonundan istifadə edir. Al-Jazeera-nın xəbərinə əsasən, bu günə qədər Qüds, Əl-Xəlil, Nablus və İordaniyadan məlumatları paylaşan Cәnna, yetkin jurnalistlərdən fərqli olaraq, yaşından istifadə edərək, kamerasını əsgərlərdən gizlətməyi bacardığını deyir: "Kameram mənim silahımdır. Kameram silahdan daha güclüdür. Kameramla mesajımı insanlara çatdıra bilirəm, onlar da digər insanlara...".
 
Xəbərlərini ingilis və ərəb dillərində Facebook səhifəsindən paylaşan 10 yaşlı Cәnnanın indidən 22 min təqibçisi var: "Bizim mesajlarımızı Fələstindən dünyaya çatdıran və onlara mənim şəhərimdə nələr baş verdiyini göstərən elə də çox jurnalist yoxdur", - deyә kişik fotomüxbir bildirib.
 
Cәnna böyüyəndə fələstinlilərin üzləşdiklərini xəbərləndirməyən CNN və Fox News-da işləmək istədiyini bildirir.
 

Google+ WhatsApp ok.ru