145 min Rohingiyalı qaçqın uşaq qida çatışmazlığı təhlükəsi ilə üzləşib 06 Oktyabr 2017 01:00 Dünya Myanma hökumətinin vəhşiliyi və zülmündən qaçaraq Banqladeşə sığınan 145 min Rohingiyalı müsəlman qaçqın uşaq hazırda qaçqın düşərgələrində kəskin qida çatışmazlığı təhlükəsi ilə üzləşib. Maide.Az xəbər verir ki, bunu Böyük Britaniyanın Fəlakət Bölgələri üzrə Fövqəladə Xeyriyyə Komitəsi cümə axşamı açıqlamasında deyib. Komitə elan edib ki, beş yaşına çatmamış qaçqın uşaqların 14 mindən çoxu artıq doyunca yeməmək yeyə bilmir. “Rohinciyalı müsəlman qaçqınların arasında 50 mindən çox hamilə və körpələrə süd verən qadın var. Onlar əlverişli ərzaq payından məhrumdur və təcili ərzaqla təmin olunmalıdır”.-deyə xeyriyyə cəmiyyəti bildirib. Qeyd edək ki, Myanmar ordusunun Arakan ştatında 25 avqustdan bu yana davam edən hücumları nəticəsində çox sayda arakanlı müsəlman həyatını itirib. Hücumlarda hədəf alınan 200-dən çox kənd yandırılıb. On minlərlə arakanlı müsəlman can təhlükəsizliyi səbəbilə bölgədən qaçmağa çalışır. Vətəndaşlar quru və dəniz yolu ilə Myanmardan Banqladeşə keçməyə cəhd edir. Myanmar hökumətinin beynəlxalq təşkilatlara bölgəyə giriş icazəsi verməməsinə görə, öldürülən rohingiyalı müsəlmanların sayı müəyyənləşdirilməyib. Arakanlı qeyri-hökumət təşkilatları həyatını itirən müsəlmanların sayının 3 minə yaxın olduğunu bildirir. Myanmar rəhbərliyi, qaçqın və ya evsiz qalan arakanlı müsəlmanlara humanitar yardım çatdırılmasına da imkan vermir. Teqlər : #145 min Rohingiyalı qaçqın uşaq qida çatışmazlığı təhlükəsi ilə üzləşib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bəhreyndə şiə ruhani saxlanılıb İsveç aeropotunda baqajda partlayıcı aparan şəxs saxlanılıb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO