2018-ci ildə 52 fələstinli uşaq sionist rejim hərbçiləri tərəfindən şəhid edilib 20 Noyabr 2018 14:07 Fələstin 2018-ci ilin əvvəlindən indiyədək İsrailin işğalı altında olan Qəzza Zolağı və Qərbi Şəriədə 52 fələstinli uşaq sionist rejim hərbçiləri tərəfindən şəhid edilib. Maide.Az "iribnews"a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Fələstin Uşaq Müdafiə Hərəkatının hesabatında qeyd edilib. Məlumata görə, onlardan 46-ı Qəzza Zolağında, 6-ı isə Qərbi Şəriədə güllələrə hədəf olublar. Hesabatda “İsrail ordusu özünə birbaşa təhdid təşkil etməyən fələstinli uşaqlara qarşı ölümcül güc və güllə istifadə etməyə davam edir” sözlərinə yer verilib. Qeyd olunub ki, 2000-ci ildən indiyədək 2070-dən çox fələstinli uşaq sionist rejim hərbçiləri tərəfindən şəhid edilib. Fələstinli Əsirlər klubunun məlumatına görə, hazırda həmçinin 350-yə yaxın fələstinli uşaq da çox ağır şəraitdə sionist rejim həbsxanalarında saxlanılır. Teqlər : #2018ci,#ildə,#fələstinli,#uşaq,#sionist,#rejim,#hərbçiləri,#tərəfindən,#şəhid,#edilib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İsrail əsgərləri 26 fələstinli jurnalisti öldürdü Dünyada Vəhdət həftəsi mərasimləri: Fələstin - FOTO
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar