2025-ci ilə qədər Avropada ciddi dəyişiklik olacaq

2025-ci ilə qədər Avropada ciddi dəyişiklik olacaq

Fransanın Strasburq şəhərində İttifaqın plenar iclasındakı çıxışı zamanı Yunker, müdafiə məsələsinin son dərəcə əhəmiyyətli olduğunu söyləyib
 
Avropa İttifaqı 2025-ci ilə qədər vahid Müdafiə Birliyi yarada bilər. Sputnik Azərbaycan "Financial Times"-a istinadən xəbər verir ki, bu barədə təklif Avropa Komissiyasının sədri Jan-Klod Yunker tərəfindən irəli sürülüb. Fransanın Strasburq şəhərində İttifaqın plenar iclasındakı çıxışı zamanı Yunker, müdafiə məsələsinin son dərəcə əhəmiyyətli olduğunu söyləyib.
 
"Müdafiə sahəsinə çox ciddi fikir vermək lazımdır. Avropa Müdafiə Fondunun yaradılması gündəmimizdə dayanan ən vacib məsələdir. Biz 2025-ci ilə qədər Avropa Müdafiə Birliyi yaratmalıyıq. Bu, bizə lazımdır, əminəm ki, NATO da bizdən bunu gözləyir" — Yunker deyib.
 

Google+ WhatsApp ok.ru