2 min illik şəhər su altında qala bilər - BÖYÜK TƏHLÜKƏ 18 Sentyabr 2019 12:34 Dünya Misirin İsgəndəriyyə şəhərinin su altında qala biləcəyi ilə bağlı xəbərdarlıq elan olunub. Maide.Az “Posta”ya istinadən xəbər verir ki, 2 min il öncə makedoniyalı İsgəndər tərəfindən qurulan şəhər tarix boyu işğallar, yanğınlar və zəlzələlərə baxmayaraq ayaqda qalmağı bacarıb. Bu dəfə isə təhlükə daha böyükdür. Belə ki, 3 tərəfdən Aralıq dənizi ilə əhatələnən şəhərin sahillərində qlobal istiləşmə səbəbindən su səviyyəsi də yüksəlməkdədir. Hazırda güclü dalğaların qarşısını almaq üçün beton sədlər inşa edilir. BMT-də qlobal istiləşmə ilə bağlı dəniz sahillərində olan şəhərlərin təhlükədə olması ilə bağlı xəbərdarlıq etmişdi. Proqnozlara görə 2100-cü ilə qədər dünyadakı su hövzələrində su səviyyəsi 98 sm-ə qədər yüksələcək. Xatırladaq ki, 2015-ci ildə İsgəndəriyyə sahillərində baş vermiş güclü fırtına nəticəsində şəhərin üçdə biri su altında qalmış, bir çox ev uçmuş və 6 nəfər ölmüşdü. Teqlər : #min,#illik,#şəhər,#altında,#qala,#bilər,#BÖYÜK,#TƏHLÜKƏ, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ABŞ dövlət katibi Səudiyyə Ərəbistanına səfər edib Onkoloq Rusiyada beyin xərçənginə tutulma statistikasını açıqladı
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO