300 məhbus həbsxanadan qaçdı

300 məhbus həbsxanadan qaçdı

Braziliyada 300 məhbus həbsxanadan qaçıb.
 
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisəSan Paul ştatının Franko-da-Roşa şəhərində baş verib. Onlar həbsxananın psixiatriya xəstəxanasından qaçıblar. Dünən axşamdan bəri 18 nəfəri yaxalamaq mümkün olub.
 
Türmədən qaçışlar Braziliyanın iki həbsxanasında baş verən irimiqyaslı üsyandan sonra başlayıb. İlk hadisədə rəsmi olaraq 10 nəfərin öldüyü açıqlanmışdı. İkinci hadisə zamanı isə 8 nəfər ölmüşdü.
 

Google+ WhatsApp ok.ru