4400 mühacir dənizdə batmaqdan xilas edildi

Afrikadan Avropaya dənizdən qanunsuz şəkildə keçməyə çalışan 4400 nəfər dənizdə batmaq təhlükəsi ilə üzləşib.
Maide.az xəbər verir ki, Afrika və Yaxın Şərqdəki silahlı münaqişələrdən qaçaraq canını qurtarmaq istəyən məcburi köçkünlər ümidini Avropada axtarır.
İtaliya mətbuatının məlumatına görə, İtaliya dəniz mühafizə polisi və Avropa Birliyi ölkələrinin sərhədlərinin mühafizəsi xidmətininin (FRONTEX) həyata keçirdiyi əməliyyat çərçivəsində Norveç və İslandiya gəmiləri son 24 saatda 22 ayrı xilasetmə əməliyyatı keçirərək 4400 mühaciri xilas ediblər.
Məlumat üçün bildirək ki, “Ərəb baharı”ndan sonra afrikalı mühacirlərin ən çox istifadə etdiyi Sicila Kanalında 2300 nəfər boğulara ölüb.//

Google+ WhatsApp ok.ru