500 əzadarlıq heyətinə İmam Rzanın (ə) yaşıl bayrağı hədiyyə edilib - FOTO 19 Sentyabr 2017 01:00 Dünya Məhərrəm ayının astanasında Qüds Rəzəvi ostanının himayədarının iştirakı ilə keçirilən bir mərasimdə ölkə miqyasındakı əzadarlıq heyətləri İmam Rzanın (ə) yaşıl bayrağıyla bəzənib. “Ləbbeyk ya Hüseyn (ə)", "Ləbbeyk ya Əbəlfəz (ə)" şüarları ilə İmam Rzanın (ə) hərəminin İmam Xomeyni zalında təşkil olunan mərasimə, ölkə miqyasından 500 əzadarlıq heyətinin nümayəndəsi iştirak edib. Mərasimdə Qüds Rəzəvi ostanının himayədarı höccətül-İslam Seyid İbrahim Rəisi çıxış edib. Mərasimdə İmam Rzanın (ə) pak hərəminin bayrağı əzadarlıq heyətlərinin nümayəndələrinə təhvil verilib. Mərasimdə, həmçinin bir ilk də baş verib. Türkiyədən mərasimə qatılan İstanbul məscidlərinin məsulu və əzadarlıq heyətinin nümayəndəsi Kadir Akaras ilk dəfə təbərrük olaraq Rəzəvi yaşıl bayrağını təhvil alıb. Mərasimdə "Əminallah" ziyarətnaməsi oxunub və sonra əzadarlıq keçirilib. (deyerler) / Teqlər : #500 əzadarlıq heyətinə İmam Rzanın (ə) yaşıl bayrağı hədiyyə edilib FOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Vilayəti: “İran nüvə proqramına dair yenidən danışıqlar aparmayacaq” İsrail rejiminin Fələstini xəritədən silmək cəhdinə Səudiyyə rejimi dəstək verir
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO