500 şaxtaçı yerin altında qaldı

Donetskidə beş yüzə yaxın şaxtaçı yerin altında qalıb. 
 
Aleksandr Zasyadko adlı mədəndə işləyən şaxtaçıların yerin üstünə çıxmasında problem yaranıb.
Qondarma Donetsk Xalq Respublikası Fövqəladə Hallar Nazirliyi bu barədə məlumat yayıb. Nazirliyin nümayəndəsinin sözlərinə görə, Kiyev rayonundakı elektrostansiyada cərəyan kəsilib. Elektrik cərəyanının kəsilməsinə səbəb şəhərdəki atışma zamanı dəyən mərmilər olub. 
 
Saat 12-də yarımstansiya birində Zasyadko adına şaxtanı elektriklə təchiz edən hədəf vurulub. İndi 496 şaxtaçı torpağın altında qalıb. Hazırda onların yuxarıya çıxarılması üzərində iş gedir", - deyə nümayəndə bildirib.(anspress.com)

Google+ WhatsApp ok.ru