800 min əcnəbi işçi Səudiyyə Ərəbistanını tərk edib 12 İyul 2018 01:00 Dünya -- xarici investisiya 7.5 milyard dollardan 1.4 milyard dollara enib Uzun müddət neftin qiymətinin aşağı düşməsilə boğuşan Səudiyyə Ərəbistan bu dəfə xarici investisiyalarda azalma və yüksək kapital çıxışının məngənəsindədir. 2017-ci ildə ölkədəki birbaşa xarici investisiya 7.5 milyard dollardan 1.4 milyard dollara enərək son 14 ilin ən aşağı səviyyəsini görüb. Beynəlxalq Maliyyə İnstitutunun məlumatlarına görə, kapital çıxışı 101 milyard dollar, yəni Səudiyyə Ərəbistanının ümumi daxili məhsul istehsalının 15%-ni təşkil edib. Bu proseslər ilə, 2016-ci ilin sonundan bu yana ölkədəki 11 milyon əcnəbi işçidən 800 mininin Səudiyyə Ərəbistanını tərk etdiyi bildirilir. Bu böyük işçi qüvvəsi çıxışının ardından, xüsusilə özəl sektor məşğulluğunda yaranan boşluğun ölkə daxilindən doldurulmasının çətin olduğu və yerli şirkətlərin narahat olduğu bildirilir. Məhəmməd Bin Salman isə bu vəziyyəti fürsətə çevirərməyə çalışır. Belə ki yerli işçiləri rəsmi adı Nitakat deyilən məşğulluğu yerliləşdirmə proqramı üzərində işləyir. Məqsəd 2020-ci ilə qədər 450 min Səudiyyəli üçün məşğulluq təmin etməkdir. Amma bəzi xəbər saytlarının məlumatına görə, bu proqram elədə uğur qazana bilmir. Çünki yerli əhalidən ixtisaslı işçilər gedən əcnəbi işçiləri əvəz etmə gücündə deyil. Teqlər : #800 min əcnəbi işçi Səudiyyə Ərəbistanını tərk edib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İndoneziyada 5.2 bal gücündə zəlzələ İrlandiya Senatı İsrail rejimilə ticarəti qadağan edən qanunu təsdiq etdi
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO