80 ölkənin iştirakı ilə beynəlxalq Quran yarışları keçiriləcək 06 Aprel 2017 01:00 Dünya İranda keçiriləcək Beynəlxalq Quran müsabiqəsində 80 ölkədən 283 yarışmaçı iştirak edəcək. Maide.info xəbər verir ki, bunu İranın Vəqflər və Xeyriyyə işləri üzrə Təşkilatın Quran üzrə mərkəzin sədri Mustafa Hüseyni deyib. M. Hüseyni deyib ki, İranda keçiriləcək 34-cü beynəlxalq Quran yarışlarında 80 ölkədən 400 xarici qonaq iştirak edəcək. Onlardan 283 nəfəri yarışma iştirakçısıdır. M.Hüseyni bildirib ki, bu il keçiriləcək beynəlxalq Quran yarışında qadınlar, uşaqlar və gözdən əlillər üçün ayrıca yarışlar təşkil olunacaq. O əlavə edib ki, kişilər arasında Quranın bütün surələrinin əzbərlənməsi və qiraət üzrə 114 iştirakçı var. Qadınların Quran yarışmasında 23 ölkədən iştirakçılar İrana səfər edəcək. / Teqlər : #80 ölkənin iştirakı ilə beynəlxalq Quran yarışları keçiriləcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Qazaxıstanda da ZƏLZƏLƏ Çinin internet senzurası üzü bəri gəlir
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO