“Əl-Qaidə” İŞİD-ə beyəti rədd etdi: Molla Ömərə beyət yeniləndi

İslamazeri.az-ın verdiyi xəbərə görə, “Əl-Qaidə” terror təşkilatı Molla Ömərə beyətini yeniləyib.
 
Belə ki, “əl-Qaidə” tərədindən “ən-Nəfir” adlı yeni jurnal nəşr edilməyə başlayıb. Jurnalın ilk buraxılış sayında, “Əl-Qaidə”nin “möminlərin əmiri” Molla Məhəmməd Ömərə beyətini yeniləyir və bütün qollarının onun əsgərləri olduğunu elan edir” adlı xəbər dərc edilib.  
 
İyul ayının əvvəllərində İŞİD terrorçularının lideri özünü “xəlifə” elan edib və bütün müsəlmanların özünə beyət etməsinin vacib olduğunu bildirib.
 
“Əl-Qaidə” bu addımıyla İŞİD-ə beyəti rədd edib. 
 
Qeyd edək ki, “Taliban” terrorçularının lideri Molla Ömər Əfqanıstan İslam Əmirliyinin qurulduğunu və özünün də lideri olduğunu elan etmişdi.

Google+ WhatsApp ok.ru