“İŞİD” tərəfindən girov götürülən 49 Türkiyə vətəndaşı sərbəst buraxılıb 20 Sentyabr 2014 01:00 Dünya Bakıda olan baş nazir Əhməd Davudoğlu girovluqdan xilas olan diplomatlar və onların ailə üzvləri ilə görüşmək üçün təcili Türkiyəyə qayıtmağı qərara alıb İyunun 11-də Türkiyənin İraqın Mosul şəhərindəki Baş Konsulluğunda “İraq Şam İslam Dövləti” (İŞİD) tərəfindən girov götürülən 49 nəfər bu gün səhərə yaxın sərbəst buraxılıb. Baş nazir Əhməd Davudoğlu sərbəst qalan 49 ölkə vətəndaşının yerli vaxtla saat 05.00 radələrində Türkiyəyə daxil olaraq Şanlıurfa şəhərinə hərəkət etdiklərini açıqlayıb. Ə. Davudoğlu Azərbaycana səfərini yarıda kəsərək Türkiyəyə qayıtmaq qərarına gəldiyini bildirib. O, girovluqdan qurtulanların səhhətinin normal olduğunu deyib: “Bu gecə səhərə yaxın vətəndaşlarımızı təhvil aldıq və ölkəmizə gətirdik. Mən bir az sonra Bakıdan ayrılaraq baş konsulumuz başda olmaqla, bütün qardaşlarımızla, vətəndaşlarımızla qucaqlaşmaq üçün ölkəmizə dönəcəyəm. Hazırda girovlarımız sərhəddən ölkəyə daxil olublar və Urfaya gedirlər. Mən də buradan birbaşa Urfaya gedib girovlarımızla görüşəcəyəm”. Xatırladaq ki, iyunun 11-də “İŞİD” terrorçuları Türkiyənin Mosuldakı Bak Konsulluğuna hücum edərək baş konsul və digər 48 Türkiyə vətəndaşını girov götürmüşdü. Teqlər : #İŞİD tərəfindən girov götürülən 49 Türkiyə vətəndaşı sərbəst buraxılıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Mahmud əz-Zəhhar: Qəzza işğalçılara qadağan hala gəldi Rusiyanın yük maşınları Donetskə çatıb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO