Ərəbistanın şiələrə qarşı təhlükəli oyunu

Səudiyyə rejimi ölkədəki şiələrə qarşı apardığı qanunsuz rəftarı ört-basdır etmək üçün bu dəfə də şiələri "terrorçu" adlandırmağa başlayıb.
 
Ərəbistan Daxili İşlər Nazirliyi apardıqları terrorla mübarizə əməliyyatları çərçivəsində 135 nəfəri saxladıqlarını və bunlardan 17-sinin də şiə olduğunu açıqlayıb.
 
Maide.az xəbər verir ki, Ərəbistan Daxili İşlər Nazirliyinin sözçüsü bu şəxslərin ölkədəki qarışıqlıq və üsyan yaradacaq mitinqlərlə əlaqələrinin olduğunu, hüquq-mühafizə qüvvələrinə qarşı atəş açdıqlarını, silah qaçaqmalçılığı etdiklərini və xarici ölkələrlə qanunsuz əlaqələrinin olduğunu iddia edib.
 
Qeyd edək ki, son zamanlar Səudiyyə rejimi təbii haqlarını dinc etiraz aksiyaları ilə istəyən şiələri silah və qanunsuz həbslərlə susdurmağa çalışır. Həbs etdiyi şiələri uzun müddət işgəncə etdikdən sonra ədalətsiz məhkəmədə mühakimə edib, sonra haqlarında edam qərarı çıxarır. Ayətullah Baqir Ən Nəmr də bunlardan biridir.

Google+ WhatsApp ok.ru