Əl-Qaidə Yəməndə 1 polkovnik və 3 əsgəri öldürdü

Yəmənin Hadramavt və Bəydə şəhərlərində təşkil olunan hücumlarda biri polkovnik olmaqla 4 hərbçi öldürülüb, 10 əsgər yaralanıb.
 
Maide.az-ın məlumatına görə, hərbi mənbələrdən bildirilib ki, Əl-Qaidə təşkilatından olduqları güman edilən silahlı bir qrup Kutin rayonunda patrul xidməti aparan hərbi avtomobilə pusqu quraraq, atəş açıb.
 
Birinci Hərbi Bölgə Komandanlığından general-mayor Əbdürrəhman Əl-Halilinin də içində olduğu avtomobilin hədəf alındığı hücumda 3 əsgər dünyasını dəyişib, 10-u isə yaralanıb.
 
Yerli rəsmilərdən bildirilib ki, Beytə rayonunda naməlum şəxslərin təşkil etdiyi silahlı hücumda daxili kəşfiyyat zabiti polkovnik Nasir əl-Vuhayşi dünyasını dəyişib.
 
Hücumun məsuliyyətini Yəmən Əl-Qaidəsi kimi tanınan Ənsar əş-Şəriə təşkilatı üzərinə götürüb. 

Google+ WhatsApp ok.ru