“Əl-Qaida”nın nüfuzlu liderlərindən biri Nyu-Yorkda vəfat edib 03 Yanvar 2015 02:00 Dünya “Əl-Qaidə” terror təşkilatının nüfuzlu liderlərindən biri Əbu Ənas əl-Libi Nyu-Yorkda ölüb. Əbu Ənas əl-Libi 1998-ci Keniya və Tanzaniyada ABŞ səfirliklərinə terror hücumunun təşkilində ittiham olunur. Əsl adı Nazih Əbd-əl-Hamid ər-Ruhai olan terrorçu 10 ildən çox axtarışda olub və ABŞ onun tutulması üçün 5 milyon dollar mükafat təyin edib. Əl-Libi 2013-cü ildə Tripoli yaxınlığında ABŞ xüsusi xidmət orqanları tərəfindən ələ keçirilib. Həmin ay da Nyu-Yorkda məhkəmə qarşısına çıxıb. Əl-Libi 1994-cü ildən “Əl-Qaidə” sıralarında döyüşüb və Üsamə bin-Ladenin etibarlı adamlarından sayılır. Onun törətdiyi bildirilən Keniya və Tanzaniyada baş vermiş terror hücumlarında 12 amerikalı, 220 keniyalı həlak olub. Teqlər : #ƏlQaidanın nüfuzlu liderlərindən biri NyuYorkda vəfat edib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İran yayılan xəbərləri təkzib etdi: Heç bir razılıq əldə olunmayıb Britaniyada Bəhreyn səfirliyi qarşısında aksiya - FOTO
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO