“Qazprom”dan sərt mövqe: Avropa təəccüb içində 14 Yanvar 2015 02:00 Dünya “Qazprom” rəhbəri Aleksey Miller Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti Maroş Şevçoviçə Rusiyanın rəsmi mövqeyini çatdırıb. Axar.az xəbər verir ki, Miller Rusiyada Ukrayna vasitəsilə Avropaya gedən bütün qazın Türkiyəyə və Türkiyə üzərindən Yunanıstan sərhədinə ötürüləcəyini açıqlayıb. Bu informasiyadan təəccübləndiyini bildirən Şevçoviç gəlişinin məqsədinin başqa olduğunu deyib: “Doğrusu, bu informasiyadan çox təəccübləndim, halbuki mən bura “Cənub axını” layihəsinin ləğvindən sonra Cənib-Şərqi Avropa üçün hansı imkanların mümkün olduğunu müəyyənləşdirmək üçün gəlmişdim”. Şevçoviç bu təəccübünün səbəbini də izah edib: “Məsələ onda deyil ki, hazırkı xətlə Ukraynadan ötürülən qaz bütövlükdə “Türk axını”na yönləndiriləcək. Söhbət ondan gedir ki, yeni boru xəttinə Türkiyəyə və Cənub-Şərqi Avropaya lazım olduğundan daha çox qaz nəqli nəzərdə tutulur”. / Teqlər : #Qazpromdan sərt mövqe: Avropa təəccüb içində, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İrəvanda xaos: yürüşlər sabah davam edəcək – Foto ABŞ dövlət katibi və İran XİN rəhbəri arasında 5 saatlıq görüş- Foto
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO