Ərəbistan-Misir birgə dəniz təlimi başlayıb

Maide.az xəbər verir ki, bir neçə gün davam edəcək Səudiyyə Ərəbistanı-Misir birgə dəniz təlimi iki ölkə dəniz qüvvələri birliklərinin iştirakı ilə dünən Qırmızı dənizdə başlayıb. 
 
Misir Silahlı Qüvvələrin sözçüsü general-mayor Məhəmməd Samir Səudiyyə Ərəbistanı-Misir birgə dəniz təliminə dəniz xüsusi qüvvələri, sualtı müdafiə təyyarələri, logistika və nəqliyyat gəmiləri, kiçik hərbi gəmilər və sairlərin qatıldığını söyləyib.

Google+ WhatsApp ok.ru