Ərdoğan- Avropada irqçilik artır

Türkiyə prezidenti İstanbulda Ali Sülh iclasında deyib ki, Avropa ölkələrində xarıcilərə qarşı ayrı-seçkilik və irqçilik artmaqdadır.
 
Maide.az-ın məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan əlavə edib ki, Avropada beş milyon Türkiyə vətəndaşı irqçilik hərəkətlərinə məruz qalıb və onları dəstəkləmək bizim borcumuzdur. 
 
Türkiyə prezidenti bildirib ki, ermənilərin "soyqırımı" barədə deyilən bütün məsələlər əsassızdır. O, Türkiyənin bu sahədə mövcud olan bütün fakt və arxiv sənədlərini təqdim etməyə hazır olduğunu bildirib və vurğulayıb: Türkiyədə yarısı mühacir, yarısı da Türkiyə vətəndaşı olan 80000 erməni var və onlar sülh və tam dinc şəraitdə yaşayırlar.
 
Türkiyə prezidenti əlavə edib: Dörd milyon müsəlman Balkan hadisələrində öldürülüb, heç kəs onları anmadı, halbuki biz ermənilərin həlak olmalarına görə, hüzn və kədər içindəyik.
 
Ərdoğan deyib ki, ermənilərin "soyqırımı" iddiası Türkiyə dövlətinə təzyiq göstərmək üçün bir vasitəyə çevrilib və bu, elə bir məsələdir ki, Türkiyə onu qəbul etmir. 
 
Türkiyə prezidenti vurğulayıb: "Ermənilərin "soyqırımı" haqqında danışanlar yaxşı və təmiz keçmişə malik deyillər və ixtilafların şiddətlənməsi istiqamətində səy göstərirlər. Qərblilər uydurma "erməni soyqırımı" məsələsindən öz maraqları istiqamətində istifadə edir, heç bir məntiq olmadan onu rəsmən tanımağa çalışırlar."

Google+ WhatsApp ok.ru