Ərəbistanın kənarlaşdırılmış vəliəhdinin bu ölkə kralına qarşı sərt bəyanatı

Maide.az-ın məlumatına görə, Ərəbistanın kənarlaşdırılmış vəliəhdi Muqrin bin Əbduləziz cümə günü bir bəyanat yayaraq, bildirib ki, o, bu ölkənin Yəmənə hücumu ilə müxalif olub və bütün Ərəbistan xalqından istəyib ki, Ərəbistan kralı Salman bin Əbduləziz və onun oğlu, müdafiə naziri Muhəmməd bin Salmanın özbaşına hərəkətlərinə qarşısı etiraz etsin.
 
Ərəbistanın kənarlaşdırılmış vəliəhdi habelə dost ölkələrdən istəyib ki, Ərəbistanın Yəməndəki hərəkətlərinin qarşısını alsınlar. 
 
Muqrin bin Əbduləziz həmçinin xüsusi olaraq Ərəbistanın Yəmənə hücumunda iştirak edən ölkələrdən istəyib ki, öz hərbi fəaliyyətlərini dayandırsınlar və regionda çəkişmənin azalması üçün bir-biriləri ilə həmkarlıq etsinlər. 
 
Ərəbistan kralı Salman bin Əbduləziz ötən çərşənbə günü vəliəhdi kənarlaşdırıb və Muhəmməd bin Naifi Daxili İşlər Nazirliyindəki vəzifəsini saxlamaqla yeni vəliəhd və baş nazir müavini təyin etdi.

Google+ WhatsApp ok.ru