“Rusiya İraqa pulsuz silah verməyə hazırdır” - Açıqlama

Rusiya İŞİD-ə qarşı mübarizədə İraqa dəstək verməyə hazır olduğunu bildirib.
Maide.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Moskvada İraqın baş naziri Heydər əl-Abadi ilə görüşüb.
Görüşdən öncə açıqlama verən Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, digər ölkələrin əksinə olaraq Rusiya şərtsiz olaraq İraqa silah verməyə hazırdır:
“İŞİD təhlükəsinin aradan qaldırılması üçün Bağdadın müdafiə gücünü artırmaq üçün əlimizdən gələni edəcəyik”.
Görüş zamanı Putin isə İraq ilə Rusiya arasında uzun illərə söykənən əməkdaşlığın olduğunu söyləyib.
“Bağdad Rusiya üçün etibarlı müttəfiqdir. Qlobal iqtisadi çətinliklərə və Yaxın Şərqdəki problemlərə baxmayaraq münasibətlərimiz uğurlar davam edir. Hərbi sahədə də əməkdaşlığı artır”, - deyə Putin söyləyib.
İraqın baş naziri də öz növbəsində terrorla mübarizədə iki ölkə arasında əməkdaşlığın gücləndiriləcəyinə ümidvar olduğunu söyləyib.
İndiki vəziyyətdə İŞİD terrorçularının İraqda üstünlük əldə etdiyini bildirən əl-Abadi, bütün xalqı terrorçularla mübarizəyə cəlb etmək üçün çalışdıqlarını sözlərinə əlavə edib./

Google+ WhatsApp ok.ru