Ərəbistan xalqı şiə məscidinə qarşı terror hücumunu qınadı

Maide.az-ın PressTV-yə istinadlı məlumatına görə, Ərəbistanın Şərqiyyə vilayətinin sakinləri bu gün Qətif məntəqəsində aksiya keçirərək, şiə məscidinə edilən terror hücumunu pisləyiblər. 
 
Qətif şəhərinin Əl-Qədih məntəqəsində İmam Əli (ə) məscidinə qarşı terrorçu-kamikadze hücumunda 22 nəfər şəhid olub, yüzə yaxın insan da yaralanıb. 
 
PressTV informasiya kanalı ərəbistanlı fəallara istinadla bildirir ki, bu etiraz aksiyasının ardınca Ərəbistanın təhlükəsizlik qüvvələri qorxuya düşərək, yoxlama-buraxılış məntəqələrindəki postlarını tərk ediblər. 
 
Ərəbistanın Şərqiyyə vilayətinin sakinlərini əsasən şiələr təşkil edir. Ərəbistan şiələrinin bəzi liderləri o cümlədən Şeyx Nəmr Baqir əl-Nəmr hazırda Ali-Səud rejiminin məhbəslərində saxlanılır.

Google+ WhatsApp ok.ru