Ərəbistanda yenə şiə məscidi partladıldı 29 May 2015 01:00 Dünya Bu gün Səudiyyənin Qətif məntəqəsinin Dəmam şəhərində terror aktı baş verib. Belə ki, İmam Hüseyn məscidinin yaxınlığında partlayıcı quraşdırılmış maşın partlayaraq dörd nəfərin həyatına son qoyub. Bəzi medialar bildirir ki, terrorçu üzərindəki bomba ilə qadın libasında məscidə qadınlara aid girişdən daxil olmaq istəyibmiş. Lakin qadınlara aid giriş bağlı olduğundan terrorçu məscidin kişilərə aid giriş hissəsində özünü partladıb. Hazırda araşdırmalar aparılır. Partlayışın məsuliyyətini bu ana qədər heç bir terror qruplaşması öz üzərinə götürməyib. Xatırladaq ki, keçən həftə də Səudiyyə Ərəbistanında İmam Əli məscidindəki partlayış nəticəsində 22 nəfər şəhid olub, 150 nəfər yaralanmışdır. Bu terror aktını İŞİD terror qruplaşması öz üzərinə götürüb. Teqlər : #Ərəbistanda yenə şiə məscidi partladıldı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Rusiyanın nüfuzlu müxalifət liderinin öldürüldüyü tapança tapıldı “İsrail yox olana qədər savaşacağıq” – Sərt açıqlama
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO