Əfqanıstan Parlamentinə bombalı hücum 22 İyun 2015 01:00 Dünya Taliban terror təşkilatı Əfqanıstanın paytaxtı Kabildə Parlament binasına hücum edib. Maide.az-ın məlumatına görə, parlamentdəki yüksək səviyyəli polis rəsmisi Vahid Amerhil bildirib ki, terrorçular əvvəlcə bomba yüklü bir maşını bina qarşısında partladıb. Amerhil sonra parlamentin yaxınlığındakı inşaat halında olan bir binadan Taliban terrorçularının atəş açmağa başladıqlarını, buna qarşılıq verən təhlükəsizlik qüvvələri ilə qarşıdurmanın davam etdiyini deyib. Əfqanıstan Taliban təşkilatının sözçüsü Zabihullah Mücahid münaqişələrin başlanmasından dərhal sonra verdiyi bəyanatda hücumu boynuna götürüb. Zabihullah parlament binasına intiharçıların hücum etdiyini deyib. Teqlər : #Əfqanıstan Parlamentinə bombalı hücum, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İŞİD İraqda televiziya müxbirini öldürdü Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO