​Suriya aviasiyası İŞİD-in mövqelərini bombardıman edib

Suriya Ərəb Respublikasının Hərbi Hava Qüvvələri Homs əyalətində İŞİD terror qruplaşması üzvlərinin mövqelərinə zərbə endirib.
 
Nəticədə ən azı 30 silahlı məhv edilib.
 
Maide.az xəbər verir ki, SANA agentliyinin məlumatına görə, hava əməliyyatı Homs şəhərindən 85 km aralıda, Əl-Kariaten şəhərində həyata keçirilib. Mənbələrin məlumatına görə, öldürülən terrorçuların əksəriyyəti Səudiyyə Ərəbistanı və Tunisdən gələn döyüşçülərdir.
 
"Ən azı 30 silahlı öldürülüb. Onların əksəriyyəti Səudiyyə Ərəbistanı və Tunis vətəndaşlarıdırlar. Öldürülənlər arasında terrorçuların Səudiyyə mənşəli Əbu-Hacər və Əbu-Abdulla ləqəbli iki lideri də var", – deyə agentliyin məlumatında bildirilir.
 
Suriya təyyarələri tərəfindən, həmçinin silah anbarları və iriçaplı pulemyotlarla təchiz edilmiş 7 ədəd avtomobil məhv edilib.

Google+ WhatsApp ok.ru